Lyrics by Üzeyir Mehdizade

Uzeyir Mehdizade

Rədd elə • 2022

Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə (2x)

Vəfalı bilmə hər gözəl gözləri
Baxanda məsum görünür üzləri
Görürsən, yalan danışır sözləri
Hətta yalandır nəfəsi, rədd elə
Rədd elə

Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə (2x)

Kim ki sənin üzünə yalandan gülür
Zərbələr də həmin insandan gəlir
Xeyri varsa, səni özünə yar bilir
İstifadədir həvəsi, rədd elə
Rədd elə

Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə (2x)

Adam var ki, dəyişmir ki, dəyişmir
Düz danışırsan, səninlə görüşmür
Sən nə desən, görürsən, başa düşmür
Boş-boşuna bəhsə, bəsi rədd elə
Rədd elə

Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə (2x)

Qədrini bilən olsun sənə bəsdir
Həyatda gördüklərim mənə bəsdir
Zəifliyin varsa, düşmənə bəsdir
Min plan cızır hərəsi, rədd elə
Rədd elə

Qədrini bilməyən kəsi rədd elə
Gəlməsin qulağına səsi, rədd elə (2x)